IQNA

Kəbənin pərdəsi 3 metr yuxarı qalxacaq

10:13 - August 05, 2017
Xəbər sayı: 3481937
Hər ilki adətə görə, müsəlmanların qibləsi Kəbə evinin pərdəsi gələn həftə divarın aşağı tərəfindən yığılaraq 3 metr yuxarı qaldırılacaq və 47 metr ağ parça ilə üzlənəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, hər ilki adətə görə, mübarək Həcc mərasimi mövsümünün yaxınlaşması münasibəti ilə müsəlmanların qibləsi Kəbə evinin pərdəsi gələn həftə divarın aşağı tərəfindən yığılaraq 3 metr yuxarı qaldırılacaq və qızılı pərdə 47 metr ağ parça ilə üzlənəcək.

Bununla bağlı müqəddəs Kəbə evinin pərdəsinin toxunulması işinə baxan toxuculuq sexinin müdiri Məhəmməd Bacudə keçirdiyi mətbuat konfransında xəbər verib.

Ərəbistanın "ər-Riyaz" qəzeti bu barədə sexin müdiri Məhəmməd Bacudənin sözlərini əks etdirən xəbərdə yazır: Kəbə evinin qızılı pərdəsinin 3 metr yuxarı qaldırılması bu pərdəni Həcc mövsümündə ehtimalan olunan zərər və zədələrdən qorumaq üçündür. Çünki mərasim zamanı hacılar can atırlar ki, Kəbənin örtüyünü əlləri ilə tutsunlar və təbərrük etsinlər. Bəzi hacılar isə hətta Kəbənin mübarək öttüyündən bəzi parça və ya sap tikələrini çəkib qopartmaq və təbərrük üçün evlərinə aparmaq niyyətində olurlar. Bu isə pərdəni zədələyir və buna görə də hər il bu qabaqlayıcı tədbir görülür və ehtimal olunan zədələrin qarşısını almaq üçün qızılı pərdənin üzərindən 47 metr ağ üzlük çəkilir.

http://iqna.ir/fa/news/3626410


Teqlər: iqna ، kəbə ، pərdə ، həcc ، hacı
captcha