IQNA

Londonda anti-İslam cinayətlərə qarşı kampaniya başladıldı

6:39 - October 18, 2017
Xəbər sayı: 3482276
Londonun nəqliyyat şirkəti və polisi tərəfindən müsəlmanlara qarşı dini nifrətdən doğan cinayətlər əleyinə kampaniya başladıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin nəqliyyat şirkəti və polisi tərəfindən müsəlmanlara qarşı dini nifrətdən doğan cinayətlər əleyinə kampaniya başladıldı.

London polisi bu şəhərin nəqliyyat şirkətinin həmkarlığı ilə "nifrətdən doğan cinayətlər həftəsi" münasibəti ilə bütün şəhərdə 200 proqram icra edərək hamıya bunu xatırladacaqlar ki, ümumi nəqliyyat vasitələri hamı üçün təhlükəsiz olmalıdır.

Londonun metro və avtobuslarında dəfələrlə müsəlmanların hücuma məruz qaldıqları xəbərlərdə yazılıb və sosial şəbəkələr də videogörüntülərini yayıblar. Buna görə də London polisi "nifrətdən doğan cinayətlər həftəsi" kampaniyasının icrası çərçivəsində şəhərinin bütün metro və avtobus dayanacaqlarında nəzarəti gücləndirib və camaatdan da istəyib ki, bu barədə cinayətləri məlumat versinlər.

İngiltərənin rəsmi hesabatına görə, təkcə keçən yaz fəslindən yaya qədər ki, fasilədə dini nifrətdən doğan cinayətlərin sayı 25% artmışdır.

Qeyd edək ki, keçən il də London polisi şəhərin nəqliyyat şirkətinin həmkarlığı ilə "hamı üçün təhlükəsiz səfər" və "biz sizinləyik" (#WeStandTogether) kampaniyası keçirmişdi.

http://www.iqna.ir/fa/news/3653708


captcha