IQNA

Ayətullah Üzma Xamenei nisyə alverində gecikməyə görə faiz almağın hökmünü açıqladı

12:40 - January 26, 2018
Xəbər sayı: 3482691
Dünya Müsəlmanlarının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin yeni fiqhi suallara verdiyi cavablar ofisinin rəsmi saytında yayımlanıb.

Ayətullah Üzma Xamenei nisyə alverində gecikməyə görə faiz almağın hökmünü açıqladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya Müsəlmanlarının Ali Məqamlı Rəhbəri, böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xameneinin yeni fiqhi suallara verdiyi cavablar ofisinin rəsmi informasiya saytında yayımlanıb. Bu sualların cəmiyyət üçün ən mühümlərini diqqətinizə çatdırırıq:

Sual-1: Başqalarının malından (və digərlərinə aid olan əşyalardan) istifadə etmək üçün mal sahibinin dil ilə razılığı lazımdır, yoxsa, onun razı olduğunu ehtimal ediriksə, bu kifayət edər?

Cavab-1: Sözdən başqa razılığa dəlalət edən hər bir əməl, işarə və xüsusiyyəti razılıq əlaməti kimi qəbul etmək olar və mütləq söz ilə razılığ lazım deyil. Amma sırf razılıq ehtimalı ilə başqasının malından istifadə etmək olmaz.  

Sual-2: Təmirə gətirilən əşyaların (televizor, komputer, telefon, soyuducu, tozsoran, maşın və s...) təmiri zamanı əşyanın sahibinə və müştəriyə xəbər vermədən ikinci əl və işlənmiş hissələrdən istifadə etmək olarmı?

Cavab-2: Alverdə “ğəşş” (kələk, hiylə və aldatmaq) hesab olunur və haramdır.

Sual-3: Həşəratdan hazırlanmış rəngələrin qida məhsullarının hazırlanmasında istifadəsinə icazə varmı?

Cavab-3: Əgər bu rənglər atıcı qanı olan həşəratdan hazırlanmayıbsa və həşəratın da bədən üzvləri bu rəngdə yoxdursa, bu rənglərin ticarəti və qida məhsullarında istifadə edilməsində maneə yoxdur.

Sual-4: Əgər qida məhsulları sənayesində sirkə hazırlanarkən qızdırılarsa və qaynayarsa, bu sirkə nəcis sayılırmı?

Cavab-4: Nəcis deyil.

Sual-5: Bəzən meyvə və bu kimi şeylərin yaxşısı ilə pisini, sağlam ilə xarabını və keyfiyyətlisi ilə keyfiyyətsizini bir- birinə qatıb satırlar, bunun şəri hökmü nədir?

Cavab-5: Əgər alıcı bunu bilirsə, belə də qəbul edib alırsa, sonradan alveri fəsx etmək (aldığını aytarıb, pulunu tələb etmək) haqqı yoxdur.

Sual-6: Yaxşı düyünü (və ya hər hansı bir digər məhsulu) pis düyü (və ya həmin cinsdən olan başqa bir pis məhsul) ilə dəyişib, üzərində pul almağın hökmü nədir?

Cavab: Alınan atrıq məbləğ riba sayılır, haramdır və edilən alver də batildir.  

Sual-7: Nisyə alver zamanı müştəridən pulu gecikdirdiyi üçün əlavə məbləğin alınmasının hökmü nədir? Və ya əgər malı satdıqdan sonra müştəriyə desək ki, pulu kegikdirsən, eybi yoxdur, amma əlavə məbləğ ödəyəcəksən, bunun işkalı və eybi varmı?

Cavab-7: Riba və haramdır.

Sual-8: Əgər malı satdıqdan sonra müştəriyə desək ki, pulu zamanından tez versəniz, az ödəyəcəksiniz, bunun işkalı və eybi varmı?

Cavab-8: İşkalı yoxdur. İcazəlidir.

Sual-9: Qeyri-müsəlmanın İslami şərtlərə riayət edərək kəsdiyi heyvanın hökmü nədir? Bu heyvan pak sayılırmı və əti halaldırmı?

Cavab-9: Qeyri- müsəlmanın kəsdiyi heyvanın əti halal deyil, əgər İslami şərtlərə uyğun zibh etsə və kəssə də.

Sual-10: Əgər heyvanın başını kəsənin yadından çıxarsa və ya məsələni bilmədiyinə görə, heyvanı üzü qibləyə kəsməzsə, bu heyvanın əti haram sayılarmı?

Cavab-10: Heyvan haram olmaz və ətini yeməyin eybi yoxdur.

Sual-11: Əgər heyvanın başını kəsənin yadından çıxarsa və ya məsələni bilmədiyinə görə, “BİSMİLLAH” deməszə, bu heyvanın əti haram sayılarmı?

Cavab-11: Əgər unutqanlıq üzündən olarsa, eybi yoxdur, əgər məsələni bilmədiyinə görə, “BİSMİLLAH”sız kəsərsə, o əti yemək haramdır.

Sual-12: Heyvanın başını kəsərkən Allahın adını (BİSMİLLAH) Ərəbcə demək vacibdirmi, yoxsa, digər dillərdə də demək olar?

Cavab-12: Hər dildə deyilsə, kifayət edir, amma ehtiyat budur ki, Ərəbcə deyilsin.

Sual-13: Heyvanın başını kəsici alətlərlə və ya müasir elektrik aparatlar vasitəsi ilə birdəfəyə kəsməyin hökmü nədir?

Cavab-13: Heyvanın ruhu bədənindən çıxmamaış başını ayırmaq haramdır (günahdır), amma bu cür kəsilmiş heyvanın ətini yemək haram deyil.    

 http://iqna.ir/fa/news/3685389

 

Teqlər: iqna ، İstiftaat ، zibh ، nisy ، riba ، ikinci əl əşya
captcha