IQNA

Rusiyalı Quran hafizi uşaqlar Misr yarışlarında iştirak edəcəklər

11:31 - March 20, 2018
Xəbər sayı: 3482930
Rusiyanın Quran hafizi olan azyaşlıları Misrin Əl-Əzhər İslam Mərkəzinin təşkil etdiyi əyalət Quran yarışlarında iştirak edəcəklər.

Rusiyalı Quran hafizi uşaqlar Misr yarışlarında iştirak edəcəklər

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Quran hafizi olan azyaşlıları Misrin Əl-Əzhər İslam Mərkəzinin təşkil etdiyi əyalət Quran yarışlarında iştirak edəcəklər.

 

Əl-Əzhər İslam Mərkəzinin Misrin müxtəlif əyalətlərində təşkil etdiyi Qurani-Kərim yarışlarında Rusiyada da iki az yaşlı uşaq iştirak edir.

 

Əhməd Cüneyd (Əl-Əzhər İslam Mərkəzinin Misrin Deqhəliyyə əyalətindəki idarə rəisi) bu iki uşaqla görüşərək onları Quran hifzini davam etdirməyə və Ərəb dilində daha çox məharət əldə etməyə təşviq etdi.

Misrin əl-Əzhər İslam Mərkəzinin Quran yarışları “Ərəbcə qiraət mübariz istəyir” devizi ilə bu ölkənin müxtəlif əyalətlərində Mart ayının 22-dək davam edəcəkdir.  

http://iqna.ir/fa/news/3701247

captcha