IQNA

İŞİD-in oğurladığı 39 hindistanlının cəsədi Mosulda tapıldı

17:39 - March 20, 2018
Xəbər sayı: 3482931
2014-cü ildə İraqda İŞİD tərəfindən oğurlanmış 39 nəfər hindistanlı işçinin cəsədi Mosuldakı kütləvi gorların birində aşkarlanıb.

İŞİD-in oğurladığı 39 hindistanlının cəsədi Mosulda tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2014-cü ildə İraqda İŞİD tərəfindən oğurlanmış 39 nəfər hindistanlı işçinin cəsədi Mosuldakı kütləvi məzarlıqların birində aşkarlanıb.

Bu barədə bu gün, həftənin çərşənbəaxşamı günü, 20 Mart 2018-ci il, Hindistanın Xarici İşlər Naziri Suşma Savarac ölkə parlamentində məlumat verib.

Kütləvi qəbirdə tapılmış cəsədlərin oğurlanmış hindistanlılara aid olması genetik testlərdən sonra məlum olub.

Xatırladaq ki, 2014-cü ildə həmin hindistanlı işçilər Mosulda oğurlandıqdan sonra Hindistan dövlətin onların taleyindən məlumatsız olduğunu deyirdi.

http://iqna.ir/fa/news/3701521

captcha