IQNA

Misrdə məqalə yarışı: “Quranda qadınların haqları”

17:43 - March 22, 2018
Xəbər sayı: 3482938
əl-Əzhər universiteti “Quran və Sünnənin elmi ecazkarlığı” komitəsi “Quran və Peyğəmbərin (s) sünnəsində qadın hüquqlarının nizamlanması” mövzusunda beynəlxalq məqalə yarışları keçirir.

Misrdə məqalə yarışı: “Quranda qadınların haqları”İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “səda əl-bələd” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin əl-Əzhər universitetinin “Qurani-Kərim və Sünnənin elmi ecazkarlığı” komitəsi “Qurani-Kərimin və Peyğəmbərin (s) sünnəsində qadın hüquqlarının nizamlanması” mövzusunda beynəlxalq məqalə yarışları keçirir.
Bu yarışlara göndəriləcək məqalələr İngilis və ya Ərəbcə olmalı, bundan öncə başqa yerdə nəşr və digər yarışlarda istifadə edilməmiş olmalıdır.
Ən azı 100 və ən çoxu 200 səhifədə tənzimlənəcək bu məqalənin əsas elmi istinadı Quran ayələri və Peyğəmbərin (s) sünnəsi olmalıdır. Yarışlara qatılmaq üçün məqalənin xülasəsinin dicital və electron nüsxəsi ən azı 10 və ən çoxu 20 səhifədə iştirakçının şəxsiyyəti barədə məlumatlar ilə birlikdə yarışların keçirilmə komitəsinin ünvanına göndərilməlidir. Məqalənin əsli isə 2018-ci ilin Dekabr ayının sonunadək komitəyə təhvil verilməlidir.        
http://iqna.ir/fa/news/3701404

captcha