IQNA

İslam İnqilabı region xalqlarına izzət bəxş etdi

18:54 - March 23, 2018
Xəbər sayı: 3482941
Tehranın müvəqqəti imamcüməsi deyib: İranın regional qüdrəti İslamın qüdrəti və Quran təlimlərindən qaynaqlanıb və Fələstin, Yəmən, Suriya, Livan və İraq xalqlarına izzət bəxş edibdir.

İslam İnqilabı region xalqlarına izzət bəxş etdiHöccətulislam vəlmuslimin Seyid Mohəmməd Həsən Əbutorabifərd 1397-ci günəş ilinin ilk cümə namazı xütbələrində bildirib ki, İran xalqının siyasi müstəqilliyi böyük və dəyərli bir sərmayədir. O, deyib: İranın regional qüdrəti Vaşinqton üçün nigaranedicidir. Halbuki bu məsələ İslamdan və vəhy təlimlərindən qaynaqlanıb və region xalqlarına və müqavimətə izzət bəxş edibdir.

Əbutorabifərd belə qeyd edib: Bu gün, islami müqavimət cəbhəsi ümmət və rəhbərliyin möhkəm bağlığı sayəsində, öz qanunsuz maraqlarını regionda və dünyada izləyən Amerikanın, hegemonçuluq sisteminin və küfrün cəbhəsi qarşısında dayanıbdır.

Tehranın müvəqqəti imamcüməsi xütbələrin davamında 1397-ci ilin "İran istehsalına dəstək" ili adlandırılmasına işarə edərək, deyib: İran məhsulu ən yüksək keyfiyyətə və minimum xərcə malik olmalıdır.

Mənbə: Sahartv

captcha