Yaxın gələcəkdə Sinqapurd ilk İslami kollec fəaliyyətə başlayacaq.
Maide.Az “Today Online”-ə istinadən bunu müsəlmanlarla iş üzrə dövlət naziri Yəqub İbrahim deyib.
Y.İbrahim deyib ki, İslami kollecin fəaliyyətini öyrənmək məqsədilə Sinqapur hökuməti Misir, İordaniya, Türkiyə, ABŞ və Kanadaya nümayəndə heyətləri göndərib.
Onun sözlərinə görə, Sinqapurda açılacaq İslami kollecdə şagirdlərə yeni nəsil təhsil proqramlarına uyğun dərslər keçiriləcək.