IQNA

İranlı qari "məfaza" Quran yarışlarının qalibi oldu

9:49 - June 16, 2018
Xəbər sayı: 3483325
İran İslam Respublikasının "əl-Kövsər" kanalının televiziya Qurani-Kərim yarışlarının 11-cu turunun final mərhələsi başa çatıb.

İranlı qari İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cüməaxşamı günü, 14 İyun 2018-ci il, İran İslam Respublikasının "əl-Kövsər" kanalının televiziya Qurani-Kərim yarışlarının 11-cu turunun final mərhələsi başa çatıb.

İİR-nın "əl-Kövsər" kanalının təşəbbüsü ilə keçirilən "İnnə lil müttəqinə məfaza" beynəlxalq televiziya Qurani-Kərim yarışlarının 11-ci turunda iranlı qari Əliəsğər Şücai 84 bal toplayaraq birinci yeri qazanıb.

"MƏFAZA" beynəlxalq televiziya Quran yarışlarının final mərhələsində ikinci yeri misrli qari Məhəmməd Fəthullah Birbres 82.5, üçüncü yeri əfqanıstanlı qari Məhəmmədtəqi Ənvərpur 81, dördüncü yeri Livanlı qari Məhəmməd Əbdülhadi Şüyəhmi 75.5 və beşinci yeri iraq qari Malik Delfi 75 balla bölüşüblər.

Qeyd edək ki, mübarək Ramazan ayında birbaşa canlı yayımda keçirilən bu yarışlarda dünyanın 20 ölkəsindən 113 nəfər qari iştirak edib.

İİR-nın "əl-Kövsər" kanalının təşəbbüsü ilə keçirilən "İnnə lil müttəqinə məfaza" beynəlxalq televiziya Qurani-Kərim yarışları dünyanın ilk canlı televiziya Quran yarışıdır.  

http://iqna.ir/fa/news/3722934

 

captcha