IQNA

Məkkə hacılara xidmət üçün 57 ofis açıldı

7:04 - July 25, 2018
Xəbər sayı: 3483532
Bu barədə Türkiyə, Avropa, Amerika, Kanada, Cənubi Amerika və Avstraliya müsəlmanlarının mətufan müəssisəsinin idarə heyətinin rəisi xəbər verib.

Məkkə hacılara xidmət üçün 57 ofis açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu il "Beytullahul-Həram"ın ziyarətçilərinə xidmət göstərmək üçün müqəddəs Məkkə şəhərində 57 xidməti şöbə açılıb.

Bu barədə Türkiyə, Avropa, Amerika və Avstraliya müsəlmanlarının mətufan müəssisəsinin idarə heyətinin rəisi xəbər verib.

Tari Ənqavi əlavə edib: Bu xidmət ofisləri bu ilin Həcc mərasimində 57 ölkədən olan 230 mindən çox hacıya xidmət edəcəkdir.

O deyib: Bu müəssisənin xidmət göstərəcəyi hacılar Türkiyə, şərqi və qərbi Avropa, Amerika, Cənubi Amerika ölkələri, Kanada və Avstraliyadan olacaqlar. Bu məqsədlə Məkkənin müxtəlif ərazilərində bu hacılara xidmət göstərmək üçün 57 dəftərxana fəaliyyət göstərəcəkdir. Bu xidmətlər sırasına irşad, nəzarət, hacıların qarşılanması, bələdçilik, müqəddəs məşərlərdə düşərgə ilə təmin etmək, xəstə və ya fəvat etmiş və itmiş hacıların işlərinin nəzarətə götürlməsi, təcili yardım maşınları ilə təmin edilməsi, əlil arabalarının verilməsi və maddi dəstəklər də daxildir.

http://iqna.ir/fa/news/3732848

Teqlər: hacı ، həcc ، məkkə ، iqna ، cəddə
captcha