İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Miçiqan ştatı Dearborn bölgəsində o cümlədən ətraf şəhərlərdə yaşayan müsəlmanlar İmam Hüseynin (ə) Kərbəla hadisəsini yaşatmaq üçün genişmiqyaslı aksya təşkil ediblər.
Müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da qatıldığı yürüşdə İmam Hüseynin (ə) qəhrəmanlıq, ədalətsizliyə etiraz, birləşdirici ortaq dəyər və fədakarlığını əks etdirən şüarlar səsəndirilib. Eyni zamanda bu xüsusiyyətləri özündə ehtiva edən plakartlar nümayiş olunub.