IQNA

Bu ölkədə 70 milyon savadsız insan var

22:25 - December 11, 2018
Xəbər sayı: 3484330
Yaxın gələcəkdə (2050) əhalisinin sayına görə dünyanın üçüncü ən böyük ölkəsi olacaq Nigeriyada 70 milyon oxumaq və yazmaq savadı olmayan insan yaşayır. 11 milyon uşaq təhsildən məhrumdur.

Bu ölkədə 70 milyon savadsız insan varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yaxın gələcəkdə əhalisinin sayına görə dünyanın üçüncü ən böyük ölkəsi olacaq Nigeriyada 70 milyon oxumaq və yazmaq savadı olmayan insan yaşayır.

Nigeriyanın "Savadsızlıqla Milli Mübarizə Komitəsi"nin baş katibi Aba Haladu ölkəsində yetmiş milyon insanın, yəni 200 milyon əhalinin 35 faiznin savadsız olduğunu elan edərək vurğulayıb: Bu savadsızlıq ictimai fəsad, iqtisadi problemlər, uzunmüddətli daxili çəkişmələr, qəbilə davası, dini və irqi qarşıdurmalar və terror hücumlarının nəticəsində yaranıb.

Aba Haladu mətbuat konfransında deyib: Ölkədə 11 milyon məktəb yaşına çatmış uşaq təhsil almaq imkanlarından məhrumdurlar. Əhalinin savadsızlarının çoxunu, yəni 60 milyon nəfərini, cavanlar və ortayaşlı nəsil təşkil edir.  

http://iqna.ir/fa/news/3771104

Teqlər: iqna ، nigeriya ، savadsızlıq
captcha