IQNA

Filippində ölkə üzrə 45-ci Qurani-Kərim yarışları keçirildi – Foto

9:55 - March 13, 2019
Xəbər sayı: 3484838
Filippinin ölkə üzrə 45-ci Qurani-Kərim yarışları İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə Filippin Dövlət Universitetində keçirilib.

Filippində ölkə üzrə 45-ci Qurani-Kərim yarışları keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin ölkə üzrə 45-ci Qurani-Kərim yarışları İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə Filippin Dövlət Universitetində keçirilib.

Mart ayının 11-də Qurani-Kərimin peşəkar qiraəti ixtisası üzrə keçirilən bu yarışlarda Filippinun 18 əyalətindən 18 nəfəri qadın olmaqla 36 nəfər iştirak edib.  

Quran yarışları Filippinin Müsəlmanların İşi Naziri Saidamen Pangarungan və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlikin iştirakı ilə keçirilib.

Yarışların idarə edilməsi üçün Filippinin müxtəlif əyalət və tayfalarından olan 19 nəfər hakimlər heyəti təşkil edilib.

Qeyd edək ki, İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsi Filippinin Müsəlmanların İşi Nazirliyi ilə bağlanmış müqavilə əsasında bu ölkədə Darul-Quran təsis edən yeganə təşkilatdır.  

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin nəzdində olan bu Darul-Quran Filippinin ikinci böyük məscidi hesab edilən Göy Məsciddə fəaliyyət göstərir.   

http://iqna.ir/fa/news/3797483

captcha