IQNA

Kəbənin pərdəsini yandırmaq istədilər

10:29 - July 02, 2019
Xəbər sayı: 3485429
Cinayətkar zəvvar barədə Səudiyyə təhlükəsizlik qüvvələrində araşdırma işləri başladılıb. Onun kimliyi və həmçinin benzin şüşəsini Məscidul-Həram ərazisinə necə keçirdiyi məlum deyil.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eldorar.com" saytına istinadla verdiyi xəbərə görə, Ümrə Həcci ziyarəti zamanı zəvvarlardan biri Kəbənin pərdəsini yandırmağa çalışıb.

Onun bu addımı ziyarət zamanı ziyarətçilər arasında qarışıqlıq və xaos yaradıb.

Sosial şəbəkə istifadəçilərinin bu barədə paylaşdıqları videoda Səudiyyə Təhlükəsizlik qüvvələri Kəbənin pərdəsini bir şüşə benzinlə yandırmaq istəyən adamı tutmağa çalışırlar. Və digər zəvvarlar isə cinayətkarı döymək istəyirlər. Bu arada qadınların da fəryad səsləri eşidilir.

Cinayətkar zəvvar barədə araşdırma işləri başladılıb. Onun kimliyi və həmçinin benzin şüşəsini Məscidul-Həram ərazisinə necə keçirdiyi məlum deyil.   

http://iqna.ir/fa/news/3823475

captcha