IQNA

İmam Hüseyn (ə) Quran Evinin uğurlu Quran layihələri

11:24 - July 13, 2019
Xəbər sayı: 3485495
İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin müdiri Şeyx Həsən əl-Mənsuri İQNA ilə müsahibəsində bu idarənin Quran və Əhli-Beyt (ə) maarifi sahəsində fəaliyyətiləri barədə danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin müdiri Şeyx Həsən əl-Mənsuri İQNA ilə müsahibəsində bu idarənin Quran və Əhli-Beyt (ə) maarifi sahəsində fəaliyyətiləri barədə danışıb.

O, müsahibəsində bildirib ki, İraqın Kərbəla şəhərinin İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" (Quran Evi) idarəsi 1429-cu hicri-qəməri ilinin "Besət bayramı"nda fəaliyyətə başlayıb və indiyədək Quran fəaliyyətləri sahəsində 40-dan çox milli və beynəlxalq uğurlu layihə həyata keçirmişdir.

Həsən əl-Mənsuri deyib: Darul-Quran əvvəlcə kiçik və ibtidayi fəaliyyətlərlə işinə başlayıb. Daha sonra Qurani həyat tərzinə əsaslanan bir cəmiyyətin qurulması üçün ixtisaslaşdırılmış proqramların icrasına başlayıb.

O əlavə edib: Bu yöndə dini elmi hövzə tələbələri, məktəb şagirdləri, ziyarətçilər, məhbuslar, qadınlar və kişilər üçün müxtəlif Quran layihələri, Quran təlimi kursları, Quran müəllimlərinin yetişdirilməsi, Quran yarışlarının keçirilməsi və sair mövzularda yüzlərlə proqram icra edib.

Şeyx Həsən Mənsuri vurğulayıb: Darul-Quranın fəaliyyətlərinin əsas hədəfi Qurani bir cəmiyyət yaratmaq, Quranın qiraəti və təfsirinə diqqəti çoxaltmaq, Quran elmləri və Quran mədəniyyətini genişləndirmək və layiqli Quran müəllimləri və təbiyəçiləri yetişdirməkdir. Bunun üçün də indiyədək müxtəlif səviyyələrdə kurslar keçirilib, Quran məktəbləri təsis edilib, Quran maarifi kitablarının çapı üçün nəşriyyat yaradılıb, Quran elmləri və maarifi sahəsində yüzlərlə kitab çap və nəşr edilib və dünya ölkələri ilə Quran fəaliyyətləri istiqamətində əlaqələr genişləndirilib.

O vurğulayıb: Bütün bu fəaliyyətlərin ümdə bir hədəfi vardır. O da budur ki, ümidvarıq bu fəaliyyətlər vasitəsi ilə Vəhy kəlamını bütü yer üzünə çatdıraq və bununla da bütün dünyada İlahi sülh və məhəbbəti dirildək.  

http://iqna.ir/fa/news/3807833

 

captcha