IQNA

Rusiyada İmam Rzanın (ə) mövlud bayramı şənliyi –Foto

20:35 - July 14, 2019
Xəbər sayı: 3485506
Həzrət İmam Rzanın (ə) mövlud şənliyi dünən, həftənin Şənbə günü, 13 İyul 2019-cu il, Əhli-Beytin (ə) həyat tərzi (sirə və sünnəsi) və İmam Rza (ə) mədəniyyətinin yayılması məqsədi ilə təşkil edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Rusiyadan verdiyi xəbərə görə, vilayət və imamət səmasının səkkizinci parlaq ulduzu Həzrət Əli ibn Musa ər-Rzanın (ə) mübarək mövlud günü münasibəti ilə Rusiyanın paytaxtı Moskva şəhərinin İslam Mərkəzinin təşəbbüsü ilə bayram şənliyi keçirilib.  

Mövlud şənliyi dünən, həftənin Şənbə günü, 13 İyul 2019-cu il, Əhli-Beytin (ə) həyat tərzi (sirə və sünnəsi) və İmam Rza (ə) mədəniyyətinin yayılması məqsədi ilə təşkil edilib.

Mərasimdə Rus, Fars və Azərbaycan dillərində dini söhbətlər edilib, mövludnamə və mədhiyyələr oxunub, İsfahanın "Fələ" dini musiqi qrupu sürud oxuyub və Moskva şəhərinin İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Sabir Əkbəri Ciddi çıxış edib.

İmam Rzanın (ə) mövlud mərasimi Moskva İslam Mərkəzində və Moskvanın "Xatəmul-Ənbiya" məscidində keçirilib. Mərasimlərdə Rusiya müsəlmanları, tələbələr, xüsusi ilə də Azərbaycanlılar izdihamlı iştirak ediblər.   

http://iqna.ir/fa/news/3826736

 

captcha