İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün Tehranda Nigeriya səfirliyi qarşısında Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirilib.
Aksiyada əcnəbi və iranlı tələbələr iştirak edib. Etriazçılar Beynəlxalq qurumlardan istəyiblər ki, Şeyx Zəkzakinin səhhətini nəzərə alaraq onun azad olunması üçün çalışsınlar.
Etirazçıların bəyanatnda bildirilir ki, Şeyx Zəkzaki günahsızdır və səhhəti pisləşib ,lakin hələdə zindanda saxlanılır və tibbi xidmətlərdən məhrumdur.
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.