IQNA

İordaniyanın Oman şəhərinin tarixi məscidi yandı

7:41 - July 19, 2019
Xəbər sayı: 3485536
İordaniyanın paytaxtı Oman şəhərinin mərkəzində yerləşən qədim və tarixi "Hüseyni məscidi" yanıb. Məsciddə yanğın cari həftənin Çərşənbə günü (17 İyul 2019) gecə saatlarında baş verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maannews" informasiya portalına istinadla verdiyi xəbərə görə, İordaniyanın paytaxtı Oman şəhərinin mərkəzində yerləşən qədim və tarixi "Hüseyni məscidi" yanıb.

Məsciddə yanğın cari həftənin Çərşənbə günü (17 İyul 2019) gecə saatlarında baş verib.

Hadisə zamanı yanğın məscidin 50 kv. metrlik ikinci mərtəbəsi və kitabxanasına da keçib.

Yanğının qarşısı vaxtında alandığı üçün məscidə ciddi zərər dəyməyib və həmçinin kimsə xəsarət almayıb.

Oman şəhəri meriyasının ümumi əlaqələr təşkilatı elan edib ki, yanğınsöndürənlər vaxtında məsciddəki yanğını kontrol edə biliblər. Habelə yanğının baş verməsinin səbəblərini araşdırmaq üçün komitə yaradılıb.   

http://iqna.ir/fa/news/3828086

آتش‌سوزی در مسجد تاریخی پایتخت اردن

Teqlər: oman ، İordaniya ، məscid ، məscid yandı ، iqna
captcha