IQNA

Bəhreyn rejim qüvvələri iki gənc Əhli-Beyt (ə) ardıcılının edam olunmasına etiraz edən kütləyə hücum edib

16:40 - July 28, 2019
Xəbər sayı: 3485594
Bəhreyn xalqı əllərində Əhməd Əl-Məlal və Əli Əl-Ərəbin şəkillərilə küçələrə çıxaraq, Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar. Polis etirazçılara hücum edib,aksiyanı dağıdıb. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn təhlükəsizlik qüvvələri  iki gənc Əhli-Beyt (ə) ardıcılının edam olunmasına etiraz edən kütləyə hücum edib. 
Bəhreyn xalqı əllərində Əhməd Əl-Məlal və Əli Əl-Ərəbin şəkillərilə küçələrə çıxaraq, Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar. Polis etirazçılara hücum edib,aksiyanı dağıdıb. 
Qeyd edək ki, Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti bəyanat yayaraq, Əhməd Əl-Məlal və Əli Əl-Ərəb adlı bəhreynli iki gəncin Ali Xəlifə rejimi tərəfindən ötən gün səhər edam edildiyini bildirib.
Əl-Vifaq Cəmiyyəti bu iki gəncin 2017-ci ildə Ali Xəlifə tərəfindən Daxili İşlər Nazirliyindən bir məmuru öldürməkdə günahlandırıldığını və günahsız olmalarının sübut olunmasına baxmayaraq, edam edildiyini açıqlayıb.
Ölüm hökmünü şiddətli bir şəkildə pisləyən Əl-Vifaq Cəmiyyəti, bundan başqa sözügedən gənclərin edamdan əvvəl Ali Xəlifə rejiminin əsgərləri tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib
Teqlər: iqna ، bəhreyn ، ali-xəlifə ، edam
captcha