IQNA

Dağıstanda yaşlılar arasında Quran yarışları keçirildi – Foto

8:15 - August 04, 2019
Xəbər sayı: 3485641
Qurani-Kərim yarışları İslam Dünyası Birliyinin nəzdində fəaliyyət göstərən "Quran və Sünnət Heyəti"nin təşəbbüsü və Dağıstanın Müsəlmanların Dini İşlər İdarəsinin həmkarlığı ilə təşkil edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Federasiyasının Dağıstan muxtar respublikasının İmam Nəvəvi mədrəsəsində 21 nəfərin iştirakı Qurani-Kərim yarışları keçirilib.

Qurani-Kərim yarışları İslam Dünyası Birliyinin nəzdində fəaliyyət göstərən "Quran və Sünnət Heyəti"nin təşəbbüsü və Dağıstanın Müsəlmanların Dini İşlər İdarəsinin həmkarlığı ilə təşkil edilib.

Ümumdünya Quran və Sünnət Birliyinin elm və təhsil işləri üzrə baş katibinin müavini Şeyx Xalid Əbdülkafi böyüklər arasında keçirilən bu yarışların sıx rəqabətlə keçdiyini və buna görə də yarışların final mərhələsinə çəkdiyini deyib.

Yarışların sonunda yekun mərasimi keçirilib. Mərasimdə vətəndaşlar, məsullar və qonaqlar iştirak ediblər. Yarış zamanı gözəl tilavətləri ilə fərqlənən bütün yarışçılara hədiyyələr verilib.

Quran yarışlarının yekun mərasimində Rusiya Quran və Sünnət Ümumdünya heyətinin nümayəndəsi İbrahim Sabirov, Dağıstan Dini İşlər İdarəsinin xarici əlaqələr məsulu Şəhabuddin Hüseynov, Dağıstan müftisinin nümayəndəsi Şeyx İlyas Amletov və Quran və Sünnət Ümumdünya Birliyinin nümayəndəsi İbrahim əz-Zücaci iştirak ediblər.  

http://iqna.ir/fa/news/3831919


 
مسابقات قرآن ویژه بزرگسالان در داغستان + تصاویر
 
مسابقات قرآن ویژه بزرگسالان در داغستان + تصاویر
 
مسابقات قرآن ویژه بزرگسالان در داغستان + تصاویر
captcha