IQNA

İordaniyalı görməyən qız Quran hafizi oldu

9:40 - August 04, 2019
Xəbər sayı: 3485645
İordaniyalı anadangəlmə görmə əlili olan Mərvə Basim Səlman adlı tələbə qız Qurani-Kərimin audioyazılarından istifadə edərək Quran hafizi oldu. O, "bril" əlifbası ilə Quranı oxumağı da öyrənib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyalı anadangəlmə görmə əlili olan Mərvə Basim Səlman adlı tələbə qız Qurani-Kərim audioyazılarından istifadə edərək Quran hafizi oldu.

Mərvənin müəllimləri onun digər tələbə qızlardan daha bacarıqlı, iradəli və israrlı olduğunu və problemlərlə qarşılaşdıqda mökəm dayandığını deyirlər. Allahın onun üçün yazdığı taledən və gözlərini itirməkdən də şikayətlənmir.

Mərvə ailəsi, müəllimləri və dostlarının köməyi ilə Qurani-Kərimi Bril əlifbası ilə öyrənməyi bacarıb.  

Mərvə deyir: Quran ayələrini onların öz nuru ilə öyrəndim. Quranı hifz eləmək ürəyimə bərəkət nazil edir. Heç bir şey məni Qurandan ayıra bilməz və heç bir şeyin məni Quranı oxumaq və dərk etməkdən ayırmaq üçün dəyəri və ləyaqəti yoxdur.

http://iqna.ir/fa/news/3832103

captcha