IQNA

Seyid Həsən Nəsrullah çıxış edəcək

22:30 - August 05, 2019
Xəbər sayı: 3485653
HİZBULLAH-ın baş katibi Seyid Həsən Nəsrullah cari həftənin üçüncü günü, 7 Avqust 2019-cu il, Livanın İsrail ilə 33 günlük müharibədə qələbəsinin 33-cü ildönümü münasibəti ilə çıxış edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah cari həftənin üçüncü günü, 7 Avqust 2019-cu il, Livanın İsrail ilə 33 günlük müharibədə qələbəsinin 33-cü ildönümü münasibəti ilə çıxış edəcək.

HİZBULLAH-ın İsrail üzərində qələbəsinin ildönümü günü bayram mərasimi keçiriləcək. Mərasim Beyrutun cənubunda yerləşən Zahiyə regionunda böyük manitorlar ilə nümayiş olunacaq. Mərasim çərçivəsində Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah videokonfransla canlı yayımda çıxış edəcək.  

Qeyd edək ki, 2006-cı ildə İsrailin Livana qarşı etdiyi silahlı təcavüzdə HİZBULLAH əsgərlərinin 33 günlük müqavimət savaşı sionist rejim üzərində qələbə çaldı. Bu döyüş həmin ilin Avqust ayının 14-də BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Təhlükəsizlik Şurasının (TŞ) 1701 saylı qətnaməsi ilə başa çatdı.   

http://iqna.ir/fa/news/3832614/

captcha