IQNA

Vəhhabi əqidəli hakimiyyət 10 min zəvvarı Məkkəni ziyarət etməyə qoymadılar

8:19 - August 06, 2019
Xəbər sayı: 3485657
Ali-Səud hakimiyyəti Ərəbistanda yaşayan yerli vətəndaşların və ya oturum icazəsi ilə daimi qeydiyyatda olan xarici ölkə vətəndaşlarının bəzilərinin Həcc ayinlərini icra etməsinin qarşısını alıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali-Səud hakimiyyəti Ərəbistanın özündə yaşayan yerli vətəndaşların və ya Ərəbistanda oturum icazəsi ilə daimi qeydiyyatda olan xarici ölkə vətəndaşlarının bəzilərinin Həcc ayinlərini icra etməsinin qarşısını alıb.

Səudiyyə Ərəbistanın ümumi təhlükəsizlik aparatının rəsmi sözçüsü Sami Şüvəyrix bu barədə açıqlama verərək deyib ki, onların Təməttö Həccini yerinə yetirmək üçün rəsmi icazələri olmayıb.

O əlavə edib: Həcc ayinlərinin icrası qanunlarına əsasən 10 min nəfərin Təmöttö Həccini yerinə yetirmək səlahiyyətində olmadığı üçün onlara ziyarət etməyə icazə verilməyib. Bunun səbəbi isə Həcc zəvvarları üçün məhdud kvotanın olmasıdır. Yerli zəvvarların Həccə gəlməsi kontrol edilir ki, xaricdən gələn hacılara yaxşı xidmət göstərilsin və habelə burada yaşayn xarici vətəndaşların inanclarından sui-istifadə edən ziyarət turlarının qarşısı alınsın.

O vurğulayıb: İndiyədək Məkkədə müxtəlif millətlərdən olan hacılardan 277 nəfər Həcc ayinlərini pozduqları üçün həbs edilib. Və həmçinin Həcc ayinləri qaydlarına riayət etməyən 15 avtobus saxlanılıb.

http://iqna.ir/fa/news/3832557

captcha