IQNA

"Qədir-Xum"un mesajı Quran və Əhli-Beytə (ə) yapışmaqdır

9:08 - August 20, 2019
Xəbər sayı: 3485716
Peyğəmər (s) "Vida Həcci"ndən qayıdarkən Zil-Hiccənin 18-də Qədir-Xum çölündə hacıları dayandırdı və buyurdu: Ey insanlar, mən sizin aranızda iki qiymətli irs qoyub gedirəm: Allahın kitabı və Əhli-Beytim.

Həzrət Məhəmməd Mustafa (s) "Vida Həcci"ndən qayıdarkən Zil-Hiccə ayının 18-də Qədir-Xum adlanan çöldə hacıları dayandırdı və buyurdu: Ey insanlar, mən sizin aranızda iki qiymətli irs qoyub gedirəm: Allahın kitabı və Əhli-Beytim.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Yunanıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əli Məhəmməd Helmi mübarək Qədir-Xum bayramı münasibəti ilə İQNA üçün xüsusi yaddaşt göndərib.

O, bu yaddaştda Qədir-Xum hadisəsinə xülasə işarə etdikdən sonra deyir: Qədir-Xum çölündə 120 min nəfərədək hacının şahid olduğu bu hadisəni Əhli-Sünnənin 30-dan çox böyük alimi rəvayət etmişdir.

Bu hədisin bütün müsəlmanlara, xüsusi ilə də Əhli-Beyt (ə) davamçılarına mühüm mesajları var. O cümlədən Qurani-Kərim İslami həyat tərzinin canlı sənədidir. Müsəlmanlar bu kitaba əsasən həyat sürməlidirlər. Bunun həyata keçməsi üçün isə Quranın təfsirçisi və əməli meyarları olan Əhli-Beytin (ə) yolunda olmaq lazımdır.

Bu məsələ qeybət dövründə (məsum imamın olmadığı bir dövrdə) saleh, adil və rəbbani alimlərin rəhbərliyi həyata keçir. Şükürlər olsun Allaha ki, biz müsəlmanlar və şiələr hazırda Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei kimi müdrik bir rəhbər və rəbbani alimin vücudundan faydalanırıq. Onun layiqli rəhbərliyi nəticəsində hər gün zalimlərin zəiflədiyini və məhvə doğru getdiklərinin şahidi oluruq. Bu nemətin sayəsində isə bəşəriyyətin xilaskarı Həzrət Mehdinin (ə.f) zühurunun intizarındayıq.      

http://iqna.ir/fa/news/3836250

captcha