IQNA

Misrin beynəlxalq Quran hifzi yarışları başladı

17:28 - February 15, 2021
Xəbər sayı: 3489283
Bu yarışlar Qurani-Kərimin hifzi, Quranın musiqi muğamları, Quranın muğam dəsgahları və ibtihal (avazlı münacat, İlahi mədhiyyə) üzrə keçiriləcək.

Tehran (IQNA) -  Misrin IV Beynəlxalq Qurani-Kərimin Hifzi Yarışları bu gün (15 Fevral 2021) ölkənin Port-Səid əyalətində öz işinə başlayıb.  

Bu yarışlar Qurani-Kərimin hifzi, Quranın musiqi muğamları, Quranın muğam dəsgahları və ibtihal (avazlı münacat, İlahi mədhiyyə) üzrə keçiriləcək.

Port-Səid Quran Hifzi Yarışlarının koordinasiya komitəsi ötən gün, 14 Fevral 2021-ci il, keçirdiyi iclasda əl-Əzhər İslam Mərkəzinin Quran çapı və nəşrinə nəzarət komitəsinin rəisi Əbdül-Kərim Saleh və bu komitənin üzvü Şeyx Əbdül-Fəttah və digərləri iştirak ediblər.  

Bu yarışlar Misrin dünyaşöhrətli Quran mürəttili Şeyx Məhmud Xəlil Hüsərinin xatirəsinə həsr edilib.

Yarışlarda dünyanın 22 ölkəsindən 52 nəfər iştirak edir.

Hər il keçirilən bu yarışlara Misrin baş naziri Mustafa Mədbuli və Port-Səid əyalətinin qubernatoru Adil Qəzban nəzarət edir. /3954159

captcha