IQNA

İngilis bacılar müsəlman futbolçudan ilhamlanaraq İslamı qəbul etdilər

23:25 - August 24, 2021
Xəbər sayı: 3490588
“Avropa müsəlmanları və Məhəmməd Salahın təvazökarlığından təsirləndik”, – deyə bacılar İslama olan maraqlarını izah edərkən bildiriblər.

İngiltərədən olan 2 bacı Nikki və Emi məşhur futbolçu Məhəmməd Salahdan təsirlənərək İslam dinini qəbul ediblər.

“Avropa müsəlmanları və Məhəmməd Salahın təvazökarlığından təsirləndik”, – deyə bacılar İslama olan maraqlarını izah edərkən bildiriblər.

Lakin onlar dərhal müsəlman olmaq qərarına gəlməyiblər, bu mühüm addımı atanadək isə müəyyən yol qət ediblər.

Onlar tez-tez Misirdə istirahət etdiklərini, ilk dəfə də orada İslam barədə eşitdiklərini və bundan sonra Avropanın müsəlman cəmiyyəti ilə tanış olmaq qərarına gəldiklərini deyiblər.

Nikki və Emi onların sevimli komandası “Liverpool”-da oynayan Məhəmməd Salahın həyat və rəftarı ilə maraqlanmağa başlayıblar. Salahın və Britaniya müsəlmanlarının ləyaqətli rəftarı həlledici rol oynayıb. Və nəhayət bacılar Misirə etdikləri son səfər zamanı İslam dinini qəbul etmək qərarına gəliblər. /Şəfəqna

captcha