IQNA

Əlcəzairlilər, Quran məktəblərinin açılmasını yaxşı qarşılayıb

11:52 - October 30, 2021
Xəbər sayı: 3491086
Əlcəzairin Dini İşlər Nazirliyi, ölkədə Quran hifzi tədris mərkəzlərinin yenidən açıldığını və cəmi bir həftə ərzində ölkənin hər yerindən bir milyondan çox maraqlanan insanın bu mərkəzlərdə qeydiyyatdan keçdiyini açıqlayıb.

İQNA-nın Əl-Şuruq-a istinadla verdiyi xəbərə görə, Əlcəzair Dini İşlər və Vəqflər Nazirliyinin Quran təhsili şöbəsinin müdiri Məsud Məyad vurğulayıb: "Bu ölkədə 18 min 500-ə yaxın Quran tədris mərkəzləri var. Bu mərkəzlər, ən azı 1,5 milyon Quran öyrənənləri qəbul edə bilər."

O, qeyd edib ki, bu mərkəzləri, Məktəblər və Darul-Quranlar təşkil edir. Hazırda, koronodan qorunmaq və sağlamlıq göstərişlərinə riayət etmək üçün tələbələrin qəbul sayını azaldıblar.

Əlcəzairin Dini İşlər Nazirliyi, ölkədə Quran hifzi tədris mərkəzlərinin yenidən açıldığını və cəmi bir həftə ərzində ölkənin hər yerindən bir milyondan çox maraqlanan insanın bu mərkəzlərdə qeydiyyatdan keçdiyini açıqlayıb. Bu mühüm bir rəqəmdir. Covid-19-dan sonra vəziyyət normallaşarsa, bu rəqəm əhəmiyyətli dərəcədə artacaq.

O, bildirib ki, bu ölkədə Quran məktəblərinin sayı 2500-ə çatır. Bundan əlavə, 11262 Darul-Quran və 3357 məsciddə Qurani-Kərimi əzbərləmək üçün təlimlər keçirilir.

Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi 2020-ci ildə və Korona virusunun yayılmasınıdan və Quran tədrisini dayandırdıqdan sonra Əlcəzairdəki Quran Mərkəzlərinə Alternativ olaraq, Əlcəzair Elektron Oxu Vebsaytını istifadəyə verib. Amma ötən ilin aprelindən bu ölkədə Quran hifzi tədris mərkəzləri yenidən açılıb.

4008856

captcha