IQNA

Britaniyalı müsəlmanlardan xəstələrə yardım üçün gözəl addım

19:15 - November 19, 2021
Xəbər sayı: 3491224
Londondan şimal-qərbdə yerləşən Votforddan olan müsəlmanlardan ibarət həvəskar futbol komandası pandemiya ilə mübarizədə şəhərin səhiyyə sisteminə dəstək vermək və dərmanlar, oksigen kondensatorları və digər vasitələrin alışı üçün vəsait toplamaq qərarına gəlib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Londondan şimal-qərbdə yerləşən Votforddan olan müsəlmanlardan ibarət həvəskar futbol komandası pandemiya ilə mübarizədə şəhərin səhiyyə sisteminə dəstək vermək və dərmanlar, oksigen kondensatorları və digər vasitələrin alışı üçün vəsait toplamaq qərarına gəlib.

Gənc müsəlmanlardan ibarət komanda 24 saatlıq futbol marafonunda iştirak edib. Həmin marafon zamanı koronavirusdan əziyyət çəkən insanlara dəstək üçün 6,8 min funt sterlinq pul toplanılıb.

Tədbiri məşhur futbolçu Lüter Blisset və parlament üzvü Din Rassel də ziyarət edib. Tədbirdə 30 komanda iştirak edib.

captcha