IQNA

Nigeriyada tələbələr üçün hicabdan istifadəyə icazə verilib

11:26 - January 29, 2022
Xəbər sayı: 3491646
Nigeriyanın Kavara əyalətində qız tələbələr üçün hicabdan istifadəyə icazə verilib.

"İQNA", "Anadolu"- Xəbər Agentliyinə istinadən xəbər verir ki, Nigeriyanın Kavara əyalətinin rəsmiləri bundan sonra əyalətdə qız tələbələrin hicabdan istifadəsinin qanuni olacağını açıqlayıb.

Dövlət rəsmiləri Nigeriyada fikir və din azadlığının vacibliyini vurğulayıblar.

Kavarara əyalətində hicab taxmaq azadlığı haqqında qanun əvvəl 2021-ci ilin fevralında qəbul edilmişdi. Lakin əyalətdəki xristianların etirazı səbəbindən qanun tətbiq olunmadı.

Müsəlmanlar və xristianlar arasında məsələ ilə bağlı fikir ayrılıqları səbəbindən əyalətdə bəzi məktəblər də bir müddət bağlanmışdı.

Əyalətdə qız tələbələr üçün hicab azadlığı qanununun tətbiqi bölgənin müsəlman və xristian liderləri arasında razılıq əldə edildikdən sonra başlayıb.

4031734

 

Teqlər: nigeriya ، Tələbə ، hicab ، qız ، müsəlman
captcha