"İQNA", "mapexpress.ma"-ya istinadən xəbər verir ki, bu sərgi Tanzaniyadakı Məhəmməd Sadis İnstitutunun Quran hifzi, tərtil və təcvid üzrə qiraət müsabiqələrinin 3-cü mərhələsi çərçivəsində keçirilib.
“Məhəmməd Sadis” Mərakeş Afrika Alimləri İnstitutunun baş katibi Məhəmməd Rafqi deyib: "Bu sərgi Mərakeş hökumətinin Afrikada Qurana, hafizlərə, qiraətçilərə, alimlərə və İslama diqqətini göstərir".
Bu sərgidə Mərakeş kitabxanaları və milli qurumlarının çoxlu sayda Quran panoları və Quran əlyazmaları ictimaiyyətə təqdim olunur.
4077672