IQNA

BƏƏ-nin Quranın hifzi üzrə 23-cü milli müsabiqəsinə qeydiyyat başlayacaq

10:20 - October 29, 2022
Xəbər sayı: 3493159
Dubay Beynəlxalq Qurani-Kərim Mükafatı müsabiqəsinin rəsmiləri bu ölkənin Qurani-Kərimin hifzi üzrə 23-cü milli müsabiqəsində iştirak etmək üçün qeydiyyatın gələn həftə başlayacağını açıqlayıb.

"İQNA", "Əl-Bəyan"-a istinadən xəbər verir ki, Dubay Beynəlxalq Qurani-Kərim Mükafatı müsabiqəsi elan etdi ki, Şeyxə Hind bint Məktum 1444-2022 Quran-ı Kərim yarışmasının 23-cü dövrəsi üçün qeydiyyat noyabrın 1-dən dekabrın 15-dək aparılacaq.

Bu yarışlar altı kateqoriya üzrə müəyyən edilmiş şərtlərlə keçiriləcək. Birinci kateqoriya Qurani-Kərimin təcvidlə yanaşı tam hifzi üzrə olacaq. İkinci kateqoriya Qurani-Kərimin ardıcıl 20 cüzünün əzbərlənməsi və qiraəti, üçüncü kateqoriya isə qiraətlə ardıcıl 10 cüzün əzbərlənməsidir. Dördüncü kateqoriya, Əmirlik vətəndaşları üçün xüsusi ixtisasla ardıcıl beş cüzün əzbərlənməsidir. Beşinci kateqoriya 10 yaşdan yuxarı sakinlər üçün təcvidlə yanaşı beş cüz, altıncı kateqoriya isə 10 yaşdan yuxarı vətəndaşlar üçün təcvidlə birlikdə üç cüzün əzbərlənməsidir.

Dubay hökmdarının mədəni və insani məsələlər üzrə müşaviri və Dubay Qurani-Kərim mükafatının təşkilat komitəsinin rəhbəri İbrahim Məhəmməd Bumelha deyib: "Şeyxə Hind Bint Məktum Quran Müsabiqəsi Dubay Qurani-Kərim Mükafatı müsabiqəsinin il boyu təşkil etdiyi Quran yarışlarının əsas qollarından biridir".

O əlavə edib ki, bu yarışlar BƏƏ-nin vitse-prezidenti və bu ölkənin baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun nəzarəti altında keçiriləcək. Bu, BƏƏ vətəndaşlarını və sakinlərini Qurani-Kərimi oxumağa və onun qaydalarına əməl etməyə təşviq etmək məqsədi ilə keçirilir.

4094987

captcha