IQNA

Gürcüstanda “Həzrət Əli (ə) və insani dəyərlər” mövzusunda konfrans keçirilib

20:03 - July 11, 2023
Xəbər sayı: 3494446
TBlİSİ (IQNA) - Qardabaninin Muğanlı kəndində “Həzrət İmam Əli (ə) və insani dəyərlər” mövzusunda konfrans keçirilib. Konfransda yerli sakinlər, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) oxuinfo.com-a xəbər verir ki, Vidadi Qurbaovun moderatorluğu ilə baş tutan konfrans Əhli-beyt məscidinin axundu Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavət etməsi ilə başlayıb.

Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Azərbaycanın tanınmış ruhanilərindən Hacı Ramil Bədəlov, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Mahmut Göl Hoca və başqaları mövzu ətrafında çıxış ediblər.

Hz. İmam Əlinin Qədir-xum (s) bayramı günlərinə həsr olunmuş konfransda çıxış edən din alimləri Hz. İmam Əlinin (ə) kəlamında və həyat tərzində kamil, nümunəvi insan modeli, qərb və şərq alimlərinə görə insani dəyərlərin meyarı, İslamı qaynaqlarda insanı digər canlılardan üstün edən dəyərlər və s. mövzular haqda ətraflı danışıblar.
Sonda çıxış edən qonaqlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Təltifnamələr təqdim olunub.

captcha