IQNA

Əhli-beyt; hidayət çıraqları / 3

İmam Sadiq (ə) şiə təfəkkürünün bütün sahələrini elm baxımından daha yüksək səviyyələrə qaldırmışdır

8:18 - November 08, 2023
Xəbər sayı: 3494970
TEHRAN (İQNA) - İmam Sadiq (ə) öz dövründə ortaya çıxan siyasi ixtilaflardan istifadə edərək şiə məzhəbini müxtəlif rakurslardan və bütün əqli sahələrdə elmi cəhətdən yüksəldə bildi.

"İQNA" Xəbər Agentliyinə danışan Allahrza Əkbəri İmam Sadiqin (ə) idarə etdiyi təhsil sistemi ilə bağlı açıqlamalar verib. Məsumların elminin Allahdan olduğuna diqqət çəkən (Lədunni elmi, Allahın istədiyi bəndəsinə mələk və peyğəmbərin vasitəçiliyi olmadan və yalnız bu elm sahibi olan bəndəyə verdiyi elmdir. Yalnız o elm verilən şəxs məsuldur), Allahrza Əkbəri İmam Sadiqin (ə) qeyd etdiyi məsələlərin insana aid olduğunu bildirərək, bunun cəmiyyətin ehtiyaclarına, tələbələrin anlayışına və onların inkişaf və kamillik yoluna tam uyğun olduğunu bildirib.

Məsum İmamların (ə) hamısı İslamın və dinin təfsirçisi, qoruyucusu və himayədarıdırlar. O, şiə məzhəbinin banisi hesab olunur, çünki Məsumlardan bizə gəlib çatan hədislərin çoxu İmam Sadiqdən (ə) gəlir.

İmam Sadiq (ə) dövrünün siyasi ixtilaflarından istifadə edərək şiə məzhəbini müxtəlif yönlərdən bütün sahələrdə tanıtdı və şiə olmayanlar onun təlimindən çox şey öyrəndilər. Sünni məzhəbinin bir çox alimləri onun tələbəsi oldular.

İmam Sadiqin (ə) imam olduğu dövr hakimiyyətin Əməvilərdən Abbasilərə keçməsi dövrünə təsadüf etdiyi üçün bu fürsətdən istifadə edərək fiqh, İslam hüququnda ümumi əsaslar tanıtdırdı. Həmçinin kəlam və yeni elmlər sahələrində güclü tələbələr yetişdirdi.

Hər imam öz dövrünün tələblərinə uyğun hərəkət edirdi. Bəzən Həzrət Əli (ə) və Həzrət Hüseyn (ə) kimi hərbi münaqişələrə girərək dövrün hökmdarlarının zülmünə qarşı durmuş və cəmiyyətdə tövhidin hökmranlığına zəmin yaratmışlar. Bəzən Həzrət Seccad (ə) kimi dua və münacatlarla Uca Allahla təmasda mənəvi inkişaf və tərəqqi üçün zəmin yaratdılar. Bəzən İmam Sadiq (ə) kimi cəmiyyəti ilahi məqsəd və İslamın müdafiəsinə yönəltmək üçün elmi-mənəvi məclislər təşkil edirdilər.

Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, bir fəqih və ya alim öləndə İslamda elə bir boşluq yaranar ki, onu heç bir şey doldura bilməz. Əgər alimin dərəcəsi bu qədər yüksəkdirsə, şübhəsiz ki, məsum imamların dərəcəsi daha yüksəkdir.

İmam Sadiqin (ə) elmi mövqeyi və İslam təlimlərini bütün ölçüləri ilə izahı nəzərə alınmaqla, üstün mövqeyə malik olduğunu söyləmək olar.

Allah-taala hər zaman bəndələri üçün dəlili tamamlamaq istəyir. Bu nur tamamlanana qədər İslamın nuru dünyada həmişə qalacaq. Yerdə və göydə hər şey Allahın ordusudur. İmam Baqir (ə) hədislərinin birində buyurur: “Şərqə və ya qərbə gedin, lakin biz Əhli-beytdən (ə) gələndən başqa heç bir yerdə həqiqi elm tapa bilməzsiniz”.

Həqiqi elm öyrənmək istəyənlər Əhli-beytin (ə) təlimlərinə əməl etməlidirlər.

1099309

captcha