IQNA

BƏƏ-nin Şarcə şəhərində şüşə günbəzli məscidin tikintisi

14:26 - January 12, 2024
Xəbər sayı: 3495282
İQNA – Şarcədə şüşədən tikilmiş günbəz formalı məscidin tikintisi insanların diqqətini çəkib.

"İQNA", "Ən-Nücum" jurnalına istinadən xəbər verir ki, bu yaxınlarda Şarcənin Əl-Ziz bölgəsinin girişində şüşə günbəz formasında olan məscidin açılışı olub. Özünəməxsus arxitekturaya malik olan bu bina xeyriyyəçi bir insanın vəsaiti hesabına tikilib.

Məscidin tikintisi davam etsə də, layihənin böyük hissəsi artıq tamamlanıb.

Məscidin minarəsi spiral formada müasir üslubda işlənib ki, bu da hündürlük hissi yaradır. Onun yanında ibadət edənlərin namaz qılmaq üçün toplaşdığı sferik şüşə konstruksiya var.

Məscidin interyeri divarlarda və döşəmədə şüşə həndəsi fiqurların işığını əks etdirən geniş və işıqlı məkana malikdir. Girişdə Ayətül-Kürsünün relyefi bu məkana gözəllik və mənəviyyat qatır.

Virtual məkanda bir çox istifadəçi bu məscidi və onun dizaynını yüksək qiymətləndirib. İstifadəçilərdən biri yazıb: “Təsəvvür edin, yağış zamanı bu məsciddə namaz qılırsınız”. Xalid Əl-Noor adlı başqa bir istifadəçi də yazıb: “Bu, memarlıq şah əsəridir”.

4193254

captcha