IQNA

Əlcəzair Beynəlxalq Quran Yarışmasında 40 ölkənin nümayəndəsi iştirak edir

19:50 - February 05, 2024
Xəbər sayı: 3495422
İQNA – Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Bulmehdi 19-cu Beynəlxalq Quran Hifzi və Qiraəti Müsabiqəsində 40-dan çox ölkədən nümayəndənin iştirak etdiyini açıqlayıb.

"İQNA", "Əl-Nəhar" saytına istinadən xəbər verir ki, müsabiqə hər il ölkə prezidentinin himayəsi altında keçirilir.

Müsabiqənin seçmə mərhələsinə bazar günü, fevralın 4-də start verilib. Bu mərhələni keçənlər Peyğəmbərin (s) Merac gecəsində təşkil edilən mərasimlə təltif olunacaqlar.

Bulmehdi çıxışında Əlcəzairdə Quran əhlinin Vəhy Kəlamına xidmət etmək səylərini yüksək qiymətləndirib.

O, həmçinin bildirib ki, 90-a yaxın ölkədən minlərlə insanın Əlcəzair onlayn Quran kursuna yazılması hökumətin Quran təhsilinə verdiyi önəmin göstəricisidir.

Fələstinli münsiflər heyətinin üzvü Əlcəzairin Qurani-Kərimə bağlılığının keçmişdən qaynaqlandığını bildirərək, “bir milyon yarım şəhidin olduğu Əlcəzairin inqilab yolu Fələstinin bu gün azadlığa doğru getdiyi yoldur” dedi.

4197823

captcha