IQNA

Əlcəzairlilər Quranın pul qaçaqmalçılığı üçün istifadə edilməsinə reaksiya veriblər

9:11 - March 10, 2024
Xəbər sayı: 3495597
İQNA - Əlcəzairin beynəlxalq hava limanında Qurandan pul qaçaqmalçılığı üçün istifadə edilməsi ölkə əhalisinin reaksiyasına səbəb olub.

"İQNA", "Əl-Əmarat Yəvm"-a istinadən xəbər verir ki, Əlcəzair Gömrük Nazirliyi ölkənin Huari Bumedien Beynəlxalq Hava Limanında Qurani-Kərimin içərisində 15 min avro dəyərində pul qaçaqmalçılığının qarşısını alıb.

  Valyuta qaçaqmalçılığı üçün Qurani-Kərimdən sui-istifadəni əks etdirən videonun yayılması əlcəzairlilərin qəzəbinə səbəb olub və əlcəzairlilər Quranın pul qaçaqmalçılığı üçün sui-istifadəsini pisləyiblər.

Ötən il Əlcəzair hava limanlarında bir çox qaçaqmalçılıq əməliyyatının qarşısı alınıb. 2023-cü ilin mayında üç gün ərzində 1,2 milyon avrodan çox pul ələ keçirilib.

4204220

Teqlər: əlcəzayir
captcha