IQNA

Nadir İslam əlyazmaları üçün Misir kitabxanasının xidmətləri

9:36 - April 25, 2024
Xəbər sayı: 3495834
İQNA – İsgəndəriyyə Universiteti bildirib ki, bu universitet nadir əlyazmalar və xüsusi əlyazmalardan ibarət mərkəzi kitabxana və muzeyinin xidmətlərini təmin etmək üçün hərtərəfli plan hazırlayıb.

"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, İsgəndəriyyə Universitetində mühüm əlyazmalar qorunur. Quranın təfsirində müəlliflik və yazı tarixi baxımından xüsusi yer tutan nüsxələrə işarə etmək olar. Digər tərəfdən, bu muzeydə bəzək və işıqlandırma baxımından unikal olan xüsusi əlyazmalar da qorunur.

Bu əlyazmalar arasında Cəmaləddin Yusif ibn Əbi Bərəkət Əl-Səfdinin “Kəşful-Əsrar və hətkul-Əstar” adlı kitabının birinci fəslini saymaq olar. Hicri 1271-ci ildə nəsx xətti ilə yazılmış əlyazma qızılı rəngdə xüsusi işığa və bəzəklərə malikdir.

Muzeydə Bəşir ibn Abdullahın hicri 939-cu ildə yazdığı və Osmanlı sultanına hədiyyə etdiyi əlyazmalar kolleksiyası da var. Bu nüsxələr işıqlandırma və dekorasiya baxımından unikaldır.

Digər əlyazma 11-ci əsrdə yazılmış İbni Çərzi kimi tanınan şamli Şəmsəddin Əbül-Xeyrin “Təhbirut-Təysir” adlı əsəridir. Digər bir əsər isə Əbu Məhəmməd əl-Qasım əl-Şatibinin 10-cu əsrdə Quran elmi ilə bağlı yazdığı "Hirzul-Əmanət və Cisrul-Təhani" adlı əsərdir.

4211991

captcha