IQNA

Bizim yaşamaq icazəmiz yoxdur!

Heç bir ölkə onları istəmir, amma onları qorumağa məcburdurlar. Beynəlxalq cəmiyyətlər Ruhingiyalıların izzət, təhlükəsizlik və sülh içində Myanmaya qayıtmasını istəyirlər. Amma U.N məsullarının fikrincə Raxinlilər gələn illər ərzində vətənlərinə qayıda bilməyəcəklər.

Ruhingiyalı (Raxin) müsəlmanlar 2017-ci ildən Myanma dövlətinin və buddistlərin zülmündən Banqladeşə sığınıblar. Bir milyondan çox ruhingiyalı müsəlman Banqladeşin cənub-şərqindəki dünyanın ən böyük qaçqın düşərgəsi olan Kakasbazarda çox acınacaqlı bir vəziyyətdə yaşayırlar.

 
Teqlər: iqna