IQNA

Ümrə ziyarətçiləri Mədinə şəhərində yol qəzasında öldülər

12:19 - October 17, 2019
Xəbər sayı: 3485975
Səudiyyə Ərəbistanında “Ümrə” ziyarətinə getmiş zəvvarları daşıyan avtobus Mədinə şəhəri yaxınlığında qəzaya uğrayıb, qəza nəticəsində avtobusda yanğın baş verib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yanıb, 30 nəfər həyatını itirib.
Səudiyyə Ərəbistanında “Ümrə” ziyarətinə getmiş zəvvarları daşıyan avtobus Mədinə şəhəri yaxınlığında qəzaya uğrayıb, qəza nəticəsində avtobusda yanğın baş verib.  

Hicrət magistiral yolunun 170-ci km-liyində zəvvarları daşıyan avtobus digər bir maşınla toqquşub. Qəza nəticəsində avtobusda yanğın baş verib.

Hadisə nəticəsində xarici vətəndaşlar olan  sərnişinlərdən 35 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. 

Ölən zəvvarların hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb. 

https://iqna.ir/fa/news/3850641

captcha