IQNA

Nyu-York müsəlmanlarının ehsan süfrəsi – Foto

10:23 - May 14, 2020
Xəbər sayı: 3487234
Tehran (IQNA) -  Amerikanın Nyu-York əyalətinin Bruklin şəhərində yaşayan müsəlmanlar şəhərin müxtəlif yerlərində mübarək Ramazan ayı münasibəti ilə insanlara yemək paylayırlar.

"Şarlot Abserver" (charlotteobserver) saytının verdiyi xəbərə görə, müsəlman mübarək Ramazan ayında koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrandan əziyyət çəkən insanlara qida məsələsində xeyriyyəçi dəstək göstərirlər.

Müsəlmanlar mübarək Ramazan ayında irqi, milliyyəti və dinindən asılı olmayaraq yeməyə ehtiyacı olan insanlar arasında ehsan payalyır və hər gecə 200 nəfərə yemək çatdırırlar.  

"Bay Ridge"nin Müsəlman Cəmiyyəti Mərkəzinin müdiri Məhəmməd Bahe bu barədə deyib: Biz insanlara ehsan edərək öz ruhumuzu qidalandırırıq. Ötən illərdə məscidlərimiz iftar zamanı izdihamlı olurdu. Bu il isə koronavirus səbəbi ilə məscidlər boş qaldığı üçün narahatıq. Buna görə "Muslims Giving Back" qrupumuz ötən illərdə hər gecə məsciddə verilən ehsanın iki bərabərini ehtiyaclı və ac insanlara çatdırır.

"Muslims Giving Back" xeyriyyəçi qrupu 2014-cü ildən "Feed2Need" layihəsinin icrası yönündə həftədə iki dəfə Nyu-Yorkun Herald meydanında yemək paylayırlar. Bu il isə mübarək Ramazan ayında bu işi hər gecə edirlər.  

3898700

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

Heral meydanında yemək sırasına duran Amerikalı vətəndaşlar

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

Könüllü müsəlman xeyriyyəçilərin ehtiyaclılara isti yemək ehsanı

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

78 yaşlı evsiz amerikalı Bruklində halal restoranlardan birinin qarşısında aldığı ehsanı yeyərkən

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

58 yaşlı evsiz katolik Xoze Ruyiz deyir ki, Ramazan haqqında çox şey bilmirəm. Amma müsəlmanlar bu işi sevgi və məhəbbətlə edirlər. 

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

Ehsan paylayan könüllü müsəlmanlar namazlarını qılırlar

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

İftar vaxtı ehtiyaclılara verilən yeməklər

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

İftar zamanı küçədə ehsan paylayırlar

پخش غذا از سوی مسلمانان بروکلین در ماه رمضان + گزارش تصویری

Küçədə yaşayan evsizə ehsan yeməyi verilir.

 

Teqlər: ramazan ، Bruklin ، nyu-york ، ehsan ، koronavirus
captcha