IQNA

Həsən Nəsrullah: "İnşallah, Məscidül-Əqsada namaz qılacağıq"

10:54 - June 09, 2021
Xəbər sayı: 3490018
Nəsrullah "Fələstin, Qüds və Məscidül-Əqsadakı hadisələr daxili böhranlar nəticəsində qabağa qaça biləcək kinli və axmaq bir düşmənlə qarşılaşdığımızı göstərir", - deyib.

Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) lideri Seyid Həsən Nəsrullah Livandakı və bölgədəki son məsələlərlə əlaqədar bir çıxış edib.  

Seyid Həsən Nəsrullah "Fələstin, Qüds və Məscidül-Əqsadakı hadisələr daxili böhranlar nəticəsində qabağa qaça biləcək kinli və axmaq bir düşmənlə qarşılaşdığımızı göstərir", - deyib.  

"Hizbullah" lideri "Netanyahu bu gün uğursuzluğuna görə böhran yaşayır. Bu böhrandan çıxmaq üçün müxtəlif və məntiqsiz variantlara müraciət edir. Qəzza, Qüds, İordan çayının qərb sahili və 1948-ci il bölgəsindəki fələstinlilər Qüdsü və müqəddəs torpaqları dəstəkləməyə qərarlıdırlar və bütün İslam ümməti məsuliyyətli davranmalıdır. İnşallah, Məscidül-Əqsada namaz qılacağıq", - deyib.  

Nəsrullah "Qüdsün işğalı regional bir müharibəyə bənzəyir. Qüds üçün yeni vəziyyətdəki ilk mövqeyi Yəmən və "Ənsarullah" hərəkatının lideri Əbdülməlik əl-Husi tərəfindən ifadə edildi", - deyə dəyərləndirmə edib.  

Seyid Həsən Nəsrullah "Bu gün ABŞ-Səudiyyənin Yəmənə hücum bəhanəsi uğursuz oldu. Onlar çıxış yolu axtarırlar. Hərbi təcavüzlə əldə edə bilmədiklərini iqtisadi sanksiyalar və Yəmən xalqının mühasirəsi yolu ilə əldə etmək istəyirlər.

İlk gündən etibarən Yəmən millətinin gücünə, sabitliyinə və qələbəsinə güvəndik. ABŞ-ın özünü Yəmənə qarşı müharibəni sona çatdırmağa köməkçi olaraq təqdim etməsi fırıldaqdan başqa bir şey deyil, çünki Vaşinqton müharibəni bitirmək və mühasirəni davam etdirmək istəyir", - deyib. /iqna

captcha