IQNA

İslam sənəti Dallas zərgərliklərində parlayır

8:42 - May 16, 2022
Xəbər sayı: 3492241
Dörd yüzdən çox zərgərlik və digər dəbdəbəli əşyalardan ibarət "Cartier və İslam İncəsənəti, Müasirlik Axtarışında" sərgisi Parisdəki Dekorativ İncəsənət Muzeyi ilə birgə mayın 14-də Dallas İncəsənət Muzeyində açılıb.

İQNA, "Texas Monthly"-yə istinadən xəbər verir ki, bu sərgidə nümayiş etdirilən əsərlərin diqqət mərkəzində İslam sənətinin 175 illik fransız brendinə təsiri və İran, Ərəb və Monqolustan sənətindən götürülmüş əsərlər vardır.

Bu sərgi, Luvr Muzeyi ilə əməkdaşlıq və Cartierin (məşhur fransız zərgəri) dəstəyi ilə təşkil olunub. Bu, İslam sənətinin kolleksiyaçı kimi Louis Cartier-ə və daha da əhəmiyyətlisi, 1847-ci ildə babası tərəfindən qurulan zərgərlik və dəbdəbəli əşyaların ailə ticarətinə necə böyük təsir etdiyini göstərir.

4057149

captcha