İQNA, "Anadolu"-ya istinadən xəbər verir ki, "FAIR Beynəlxalq" Ayrı-seçkiliyə Qarşı Cəmiyyətə bağlı olan Brandeilig Təşəbbüsü bildirir ki, 2014-cü ildən bəri Almaniyada 800-dən çox məscid təhdid və hücuma məruz qalıb. Amma əksər hallarda bu cinayətlər düzgün araşdırılmayıb.
Almaniyanın ilk məscid hücumu hesabat mərkəzini yaradan qrup 2014-cü ilin yanvarından 2022-ci ilin iyununa qədər 840-a yaxın hücum, vandalizm və təhdid qeydə alıb.
2018-ci ildə baş verən cinayətlərin ətraflı təhlili göstərdi ki, hücumların əksəriyyətində bu cinayətləri törədənlər naməlum olaraq qalıb. Bu, neonasistlərin və ya solçu ekstremistlərin müsəlman dini məkanlarına daha çox hücum etməsinə səbəb olur.