IQNA

Venesiyada ilk məscidin açılışı olub

13:57 - June 13, 2022
Xəbər sayı: 3492393
İtaliyanın Venesiya şəhərində ilk məscid ölkənin İslam və Xristian təşkilatlarının rəsmilərinin iştirak etdiyi mərasimlə açılıb.

İQNA, "Arab News"-a istinadən xəbər verir ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan möhtəşəm Venesiya şəhərində indi bu şəhərdə yaşayan minlərlə müsəlmanın yeni ibadətgahı var.

İyunun 11-də İtaliyanın İslam icmasının nümayəndələri və bu şəhərin rəsmilərinin iştirak etdiyi mərasimdə Venesiyada ilk məscidin açılışı olub. Bina yerli müsəlman icması tərəfindən Venesiyada və yaxınlıqdakı Mastra sənaye limanından toplanan zəkatdan əldə edilən gəlirlə alınıb.

Bolonya İslam İcmasının və İtaliya İslam Cəmiyyətləri Birliyinin prezidenti Yasin LaFram deyib: "Ümid edirəm ki, bundan sonra dünyanın hər yerindən Venesiyaya gələn turistlər şəhərin görməli yerlərindən çəkdikləri şəkillərlə yanaşı, evlərinə Venesiya məscidinin xatirə şəklini də aparacaqlar. Biz bu yerlə fəxr edirik, çünki birliyimizə daha bir sübutdur".

kod

4063603

captcha