IQNA

Mərakeşli Qari Efiopiya Beynəlxalq Quran Müsabiqəsində parlayır

11:19 - June 15, 2022
Xəbər sayı: 3492408
Mərakeşli qari İlyas Əl-Məhyavi Efiopiyada Qurani-Kərimin hifzi və təcvidi üzrə beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

İQNA, "hibapress"-ə istinadən xəbər verir ki, bu gənc qari Mərakeşin Vucdə şəhərindəndir və 50-dən çox ölkənin iştirak etdiyi Efiopiya Beynəlxalq Qurani-Kərim Hifzi Yarışmasında birinci yeri qazanıb.

Bu yarışlarda İslam dünyasının ən yaxşı qari və hafizlərindən ibarət bir qrup iştirak edirdi. Bağlanış mərasimində müxtəlif qruplardan ibarət 50 mindən çox insan iştirak edib.

4064164

captcha