IQNA

Quran nə deyir? /9

Düşməninizi tanıyırsınızmı?

16:09 - June 17, 2022
Xəbər sayı: 3492415
Allah insanı yaradanda təkəbbürlü məxluq onunla düşmənçilik etməyə başladı. O zaman ki, Allah insanı yaradıb, Öz ruhundan ona ona üfürüb. İnsan məxluqatın ən şərafətlisi adlandırılıb. Çünki o, başqa məxluqlar üçün mümkün olmayan kamilliklərə çatmaq qabiliyyətinə malik idi.

Allah Öz dərgahındakı mələklərdən məxluqatın ən şərafətlisinə səcdə etmələrini istədi. Allaha ən yaxın mələklərdən biri olan və özünü insandan üstün hesab edən şeytan bunu etməmişdir. O, Allahın dərgahından qovulmuş və ilahi qəzəbə məruz qalmışdır.

Bu səbəbdən, şeytan insana düşmən oldu və onu kamillik yolundan (istedadların yetişdirilməsi və Allaha yaxınlıq) döndərməyə and içdi. " (İblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam". (Sad, ayə 82). Bu əhvalat Qurani-Kərimin Bəqərə surəsinin 34-39-cu ayələri kimi ayələrində ətraflı şəkildə danışılır.

İslam təlimlərinə görə, şeytan vəsvəsə, günaha və qəflətə təhrik etməklə insanı Allah yolundan döndərə bilər.

Allah Quranda dəfələrlə şeytanı insanın düşməni kimi təqdim etmişdir: "Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!".
Möhsin Qiraəti "Nur Təfsirin"də bu ayənin təfsirində belə deyir:

1_ Şeytanın Adəmlə Həvvanı aldatmaq keçmişini nəzərə alsaq, onun düşmənçiliyi heç kimdən gizli deyil. «عَدُوٌّ مُبِينٌ»
2_ Şeytanın vəsvəsələrini tanımağın təfəkkürə ehtiyac yoxdur, çünki insan təbiəti azğınlığı asanlıqla başa düşür. «عَدُوٌّ مُبِينٌ».
İndi görməliyik ki, şeytanın insanların düşməni olduğunu bilməyin nə zərurəti var? Əgər insanın hidayət yolu ilə təkamül etmək istəyən bir məxluq olduğunu qəbul etsək, o zaman onun tərəqqisinə mane olanları tanıması lazımdır. Buna görə də, bu düşməni və onun nüfuz yollarını bilmək hər bir insanın əsas vəzifələrindəndir.

Oxşar xəbərlər
captcha