IQNA

Əl-Həlbavi Quran və dini muğamlar sahəsində ustaddır

17:11 - June 18, 2022
Xəbər sayı: 3492419
Şeyx Məhəmməd Əbdül-Hadi Məhəmməd Əl-Həlbavi qiraət və dini muğamların öyrədilməsi sahəsində zəngin təcrübələri ilə tələbələr yetişdirmişdir. Sonralar onların hər biri sayılıb-seçilən qarilər oldular. O, muğam və Misir qiraəti tarixində böyük bir miras qoyub getməyi bacardı. O, öz metodu ilə muğamda öz adına bir məktəb yaratdı.

İQNA, xəbər verir ki, Məhəmməd Əbdül Hadi Məhəmməd Əl-Həlbavi 9 fevral 1946-cı ildə Qahirənin "Babuş-Şəriyyə" rayonunda anadan olub. O, Qurani-Kərimi əzbərləməyə uşaq ikən başlayıb. O, babası Məhəmməd Əl-Həlbavinin himayəsi altında Qurani-Kərimi tamamilə əzbərləyə bilib.

O, Şeyx Məhəmməd Rəfət və Əli Mahmudun Quran tilavətini təqlid edirdi. O, dini muğamda əsərlərində müstəqil səs üslubuna çevrilənə qədər Zəkəriyyə Əhməd və Taha Əl-Fəşnidən istifadə etmişdir. O, dünyanın müxtəlif ölkələrinə səyahət edib, öz təcrübələrini maraqlananlara təqdim edib.

Şeyx Məhəmməd Əbdül-Hadi Məhəmməd Əl-Həlbavi qiraət və dini muğamların öyrədilməsi sahəsində zəngin təcrübələri ilə tələbələr yetişdirmişdir. Sonralar onların hər biri sayılıb-seçilən qarilər oldular. O, muğam və Misir qiraəti tarixində böyük bir miras qoyub getməyi bacardı. O, öz metodu ilə muğamda öz adına bir məktəb yaratdı.

kod

4064155

Teqlər: Əl-Həlbavi ، quran ، qiraət ، muğam ، misir
captcha