"İQNA", xəbər verir ki, Firdovsi Universitetinin İlahiyyat və İslamşünaslıq kafedrasının dosenti Əlirza Azad deyib:
1_ Dindar olmağın ən mühüm yolu həqiqi möminlərlə ünsiyyətdir. Təəssüf ki, müasir dövrdə dindarlığın praktiki nümunələri çox az olmuşdur. Bizim ariflərlə bağlı çoxlu əsərlərimiz, kitablarımız var, amma öz aramızda heç bir arif görmürük. Həqiqi möminlərin dini davranışlarını görmək, onlar haqqında kitab oxumaqdan minlərlə dəfə təsirlidir. Amma Allahın övliyalarına əlimiz çatmadığı üçün onlar haqqında yazılanlara və ya deyilənləri oxumalı və onlardan maksimum istifadə etməliyik. Övliyaların həyatını mütaliə edərkən bir vacib məqama diqqət yetirməliyik ki, biz onların fəzilətlərini deyil, əxlaqi fəzilətlərini axtarmalıyıq. Çünki fəzilətlərdən nümunə götürmək olmur, amma əsl dindarlıqda çırağımız ola biləcək əxlaqdır.
4_ Dördüncü yol, dindarların davranışlarını dindarlığımızın meyarı qərar verməməliyik. Çünki bəzi insanların dindarlığı həqiqi olmaya bilər. Bəzi şəxsi və dünyəvi maraqlara nail olmaq üçün özünü dindar kimi göstərə bilərlər. Ona görə də ilk növbədə dini fərdlərdən öyrənməməliyik. İkincisi, dindarlığın meyarını fərdlərə görə seçmək məcburiyyətində olsaq, sədaqətli əməl və davranış sahibi olanları axtarmalıyıq. İnsanların zahiri görkəminə, sözünə deyil, əməli və rəftarına sadiq olanları axtarmalıyıq.
5_ Dindarlığın beşinci yolu başqalarının qəzavətini öz dindarlığımızın ölçü meyarı qərar verməməliyik. Mümkündür dindarlığımız həqiqi olsun, amma başqaları bizi dindar hesab etməsin. Ya əksinə, mümkündür ki, dindarlığımız doğru olmasın, amma başqalarının gözündə dindar olaq.
4010566