"İQNA", "Ər-Riyad"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Malayziyadakı səfiri Mahmud ibn Hüseyn Qatan bir mərasimdə iştirak edərək Qurani-Kərimin Malay dilinə tərcüməsini təqdim edib.
Səudiyyə Ərəbistanı Kral Quran Fəhd Çap Dərnəyi tərəfindən nəşr edilən bu Quran tərcüməsinin təqdimat mərasimi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Beynəlxalq İslam Universitetində universitetin rəhbəri Davud Bəkrin iştirakı ilə keçirilib.
4065167