IQNA

Quran nə deyir? /11

Düşməninizi tərksilah edin!

9:00 - June 22, 2022
Xəbər sayı: 3492441
Necə təsəvvür etmək olar ki, mərhəməti ilə tanıdığımız Allah insanı düşməninə əsir etmək üçün tək qoyub?!

Düşməninizi tərksilah edin!Vəsvəsə və aldatmaq şeytanın insanı azdırmaq üçün istifadə etdiyi yoldur. Allahın buyurduğuna əsasən, şeytanın düşmənçiliyi insan yarandığı ilk andan etibarən ortaya çıxdı: "Şeytana pərəstiş etməyin, çünki o, sizin açıq-aşkar düşməninizdir". (Bəqərə, ayə 208).

Şeytan insana hakim olmasa da, qəflətə salmaq, vəsvəsə və sair kimi vasitələrlə onu yoldan çıxarır. Bəs insan ona qarşı tamamilə müdafiəsizdirmi?

Qurani-Kərim şeytan və onun nüfuz yollarını tanıtdıqdan sonra bu təhlükədən qurtulmağın yollarını belə bildirir:

İblislə qarşılaşmağın, eləcə də ruhu onun yaratdığı çirkablardan təmizləməyin ilk addımı tövbədir. İlk insanın büdrəməsi tövbə ilə kompensasiya edildi: "Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir". (Bəqərə, ayə 37).

Tövbənin əhəmiyyəti o qədərdir ki, əgər insan tövbə etməyə müvəffəq olsa, onun ardınca yaxşı işlər görsə, nəinki ona heç bir günah yazılmır, hətta Allah onun pis əməllərini yaxşılığa çevirər: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!". (Furqan, ayə 70).

Bütün varlığımızla Allaha diqqət yetirmək insan ruhunun ehtiyacıdır və şeytanın hiyləsi olan qəflətin təsirsizləşməsinə səbəb olur: "Ey iman gətirənlər, Allahı çox zikr edin". (Əhzab, ayə 41).

Şeytanın şərrindən Allaha sığınmaq, təqvalı olmaq, günah vəziyyətlərindən uzaq olmaq və Allaha təvəkkül etmək insanın iradəsinin şeytana qalib gəlməsinə, insanın isə kamillik yolundan dönməməsinə səbəb olur: "Onun iman gətirib Rəbbinə təvəkkül edənlər üzərində hökmü yoxdur". (Nəhl, ayə 99).

Oxşar xəbərlər
captcha